media-1772075842_iran-raket3

İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.

ERAmedia xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

“İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, – Nazirliyin məlumatında deyilir.

BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib.

İran tərəfdən məsələyə münasibət bildirilməyib.


media-adspc

Bənzər xəbərlər