media-mis

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mis konsentratı istehsalı 14 min 494,8 ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 min 728,2 ton və ya 5,2 dəfə çoxdur.

ERAmedia-ya Dövlət Statistika Komitəsindən bildirilib ki, oktyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı illik müqayisədə 1335,5 ton və ya 7,7 dəfə artaraq 1536,2 ton olub.

Qeyd edək ki, 2025-ci ilin hesabat dövründə mis konsentratı istehsalı 2766,6 ton, hazır məhsul ehtiyatı isə 200,7 ton təşkil edib.


media-adspc

Bənzər xəbərlər