media-56873_750_463

Ermənistanın sabiq müdafiə naziri müavini Ara Nazaryana Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən ittiham irəli sürülüb.

ERAmedia xəbər verir ki, yerli mətbuat, müdafiə nazirinin, həmçinin 2017-ci ildən 2020-ci ilə qədər fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışmış Ara Nazaryana qarşı ittihamlarda ciddi faktların araşdırıldığı barədə məlumatlar yayır. Mətbuat nümayəndələrinin işin konkret mahiyyətini müəyyən etmək üçün Nazaryan və ya onun vəkili ilə əlaqə saxlamağa çalışsalar da bu, uğursuz olub.

Onun müdafiə nazirliyinin mənzilləri ilə bağlı bir neçə hərbçinin iştirak etdiyi cinayət işində iştirak etdiyi ehtimal olunur.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər