media-17783604899916264_1200x630

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi görüşdən imtina etmədiyini, lakin belə danışıqların Moskvada keçirilməsini mümkün hesab etdiyini bildirib.

ERAmedia xəbər verir ki, Rusiya dövlət başçısı bu fikri jurnalistlərlə söhbəti zamanı söyləyib. Putinin sözlərinə görə, o, Ukrayna lideri ilə görüşdən heç vaxt imtina etməyib, lakin belə təmasların təşəbbüskarı olmayıb.

“Mən heç vaxt imtina etməmişəm. Mən bu görüşü təklif etmirəm, amma əgər kimsə təklif edirsə, qoy gəlsin. Görüşmək istəyən Moskvaya gəlsin, görüşərik”, – deyə Rusiya Prezidenti bildirib.

Volodimir Zelenskinin Slovakiyanın Baş naziri Robert Fitso vasitəsilə mesaj göndərməsinə dair məlumatları şərh edən Putin bildirib ki, Fitso sadəcə Ukrayna tərəfinin şəxsi görüşə hazır olduğunu bir daha onun nəzərinə çatdırıb.

Rusiya Prezidenti qeyd edib ki, üçüncü ölkə ərazisində də görüş mümkündür, lakin bu görüşlər yalnız sülh sazişi üzrə yekun razılaşmalar əldə olunduqdan sonra baş tuta bilər.

Putin, həmçinin hazırda Ukrayna münaqişəsinin başa çatmağa doğru getdiyini də vurğulayıb.

Rusiya ilə Avropa İttifaqı arasında danışıqlarda mümkün vasitəçi barədə suala cavab olaraq Putin Almaniyanın keçmiş kansleri Gerhard Şröderin namizədliyinə üstünlük verdiyini deyib.


media-adspc

Bənzər xəbərlər