Qubada avtomobil parkın hasarına çırpılıb
Gecə saatlarında Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, BMW markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq parkın ərazisindəki hasara çırpılıb.
Qəza zamanı sürücü və avtomobildə olan ailə üzvləri xəsarət almayıb. Avtomobilə isə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.










