Müğənnidən ərinə qəribə qadağa
Türkiyəli müğənni Demet Akalın həyat yoldaşı Okan Kurtun gecə əyləncələrinə kimlərlə qatılmasına icazə verdiyi barədə maraqlı qaydasını açıqlayıb.
ERAmedia xəbər verir ki, reklam siması olduğu brendin mətbuat konfransında danışan Akalın Sinan Akçıl ilə əylənməyə gedən həyat yoldaşına icazə verdiyini, lakin Sefo ilə bağlı eyni sərbəstliyi tanımadığını bildirib. Okan Kurtun Sefo ilə yaşadığı “after-party” xatirəsi də söhbətə əlavə olunub və əyləncəli dialoqlar yaşanıb.
Demet Akalın bu qaydasını zarafatla ifadə edib. Məşhur müğənni deyib: “Sinanla “Gedə bilərsən, vallah” deyirəm. Amma məsələn, Sefo ilə gedə bilməz. Çünki Sefo ilə onlar çox coşdura bilərlər”.
Akalın və Sefo daha əvvəl “Yerinde Dur” mahnısını duet şəklində ifa ediblər.
Söhbətə qoşulan Okan Kurt da gənc müğənni ilə bağlı xatirəsini bölüşüb. Kurt bildirib ki, Sefo doğum günündə onu “after-party”yə aparmaq istəyib, lakin buna icazə verilməyib.
“Sefo keçən doğum günündə məni after-party-yə aparacaqdı, amma icazə vermədilər”, – deyə Okan Kurt bildirib.
Kurt Sefo-nun onu tez-tez əyləncə planlarına dəvət etdiyini vurğulayaraq, “Sefoda bir az təhlükə var”, – deyib. O, sözlərinə belə davam edib: “Səni ora aparacağam, bura aparacağam, Okan abi after-party-yə gəlsin, filan yerə gəlsin… Sefo bir az sürətli gəncdir, yaraşıqlı və gözəl oğlandır”.
Okan Kurt, Sinan Akçılın da bu mövzuda ona zarafat etdiyini söyləyərək aralarında keçən söhbəti belə xatırladıb:
“Sinan qorxur. Deyir ki, “Abi, sən gələn gün evə heç kimi çağırmıram”. Sonra da “birdən təsadüfən rastlaşarsan, ikimizi birlikdə Türkiyədən deportasiya etdirər” deyir”.
Vural









