media-photo_5201916719809634692_x
Dünyanın ən şimal yaşayış məntəqələrindən olan Barrou – Alyaska, dünən ilin son günəş doğumunu gördü. Günəş bir neçə dəqiqə üfüqdə qalıb tamamilə yox oldu. 
ERAmedia xəbər verir ki, bu, bölgədə hər il yaşanan “qütb gecəsi” dövrünün başlanğıcıdır və qarşıdakı 66 gün ərzində tam qaranlıq, alatoranlığı xatırladan mavi çalarlar və parlaq şimal işıqları müşahidə olunacaq. Bu hadisə dünyanın ən sərt iqlimlərindən birində həyatın çətinliklərini bir daha göstərir.
Qeyd edək ki, növbəti günəş doğumu yalnız 22-23 yanvar 2027-cı ildə baş verəcək.

media-adspc

Bənzər xəbərlər