Əhmədliyə dəmiryol xətti çəkiləcək?
Bakı şəhərinin Baş planında Əhmədli stansiyası istiqamətində dəmiryol xəttinin sərnişindaşıma üçün uyğunlaşdırılması nəzərdə tutulur.
ERAmedia xəbər verir ki, bu xətt gələcəkdə şəhər dəmir yolu funksiyasını daşıya bilər və NZS, kənd Əhmədli, Zığ, yeni açılan Sabah City istiqamətində rahat sürətli daşımalar sahəsində əvəzsiz rol oynayar. Bakı vağzalından bu xətdə birbaşa istiqamət dəyişməyərək keçid üçün, qısa bir əlaqələndirici xətt lazımdır.
Bu xətdə yeni alternativ dartı vasitələrinidə tədbiq etmək olar. Misal üçün hibrid kontakt şəbəkə- akkumulyatorlu yaxud hidrogenlə işləyən qatarları. Şəkildə Stadler istehsalı olan hibrid kontakt şəbəkə- akkumulyatorlu qatar göstərilib. Bu növ qaralar xəttin elektrikkəşdirilməmiş hissəsində işləyə bilir.











