media-rusiya_3_1727679293-full-768x403

Rusiyanın dənizlərdəki təhlükəsizliyi getdikcə daha ciddi sual altına düşür.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva bildirib ki, Rusiyaya məxsus hərbi və logistika gəmilərinə hücumlar ölkənin sahillərindən minlərlə kilometr uzaqda belə həyata keçirilir və Moskvanın dənizlərdə manevr imkanları getdikcə məhdudlaşır.

Qazıyevanın sözlərinə görə, Ukrayna qüvvələrinin Benqazi sahillərində batırdığı “Merkuri” korveti Rusiya Hərbi Dəniz Qüvvələrinin ən müasir və yeni gəmilərindən biri olub. Gəmi 2023-cü ildə, müharibənin tammiqyaslı mərhələsinin qızğın vaxtında istifadəyə verilmişdi. Batırılmasından bir il əvvəl isə Rusiya təbliğatçıları onun texniki imkanlarını və silah sistemlərini xüsusi fəxrlə təqdim edirdilər.

“Merkuri” çoxfunksiyalı “Zaslon” radar sistemi, “Uran” raket kompleksi, “Paket-NK” sualtı qayıq əleyhinə sistemi, “Redut” zenit-raket kompleksi və A-190 “Universal” 100 millimetrlik artilleriya qurğusu ilə təchiz edilmişdi. Buna baxmayaraq, Rusiyanın ən müasir korvetlərindən biri uzaq Liviya sahillərində məhv edilib.

Jurnalist qeyd edib ki, SBU qüvvələrinin digər hədəfi Rusiyaya məxsus, hərbi yüklərlə dolu olduğu bildirilən MV Angara quru yük gəmisi olub. Məlumata görə, bu gəmi də hücuma məruz qalıb. “Merkuri”nin Rusiyanın dəniz karvanlarını müşayiət etdiyi və MV Angaranın təhlükəsizliyini təmin etdiyi bildirilir.

MV Angara mülki yük gəmisi kimi fəaliyyət göstərsə də, onun hərbi təyinatlı yüklər, zirehli maşınlar, logistika vasitələri və digər hərbi texnikaların daşınmasında istifadə edildiyi iddia olunur.

Qazıyeva diqqətə çatdırıb ki, Rusiyanın dəniz nəqliyyatına qarşı təzyiqlər yalnız Aralıq dənizi ilə məhdudlaşmır. Fin körfəzində də baş verən hadisələr Moskvanın dəniz marşrutları üzrə üzləşdiyi risklərin artdığını göstərir.

Ukrayna dronlarının hücumuna məruz qaldığı bildirilən Rusiyanın “Sparta II” hərbi-logistika gəmisi Finlandiyanın ərazi sularını tərk edib.

Araşdırmaçı jurnalistin fikrincə, son hadisələr Rusiyanın dənizlərdə sərbəst hərəkət imkanlarının daraldığını, hərbi və logistika marşrutlarının daha ciddi təzyiqlərlə üzləşdiyini göstərir. Bu təzyiqlərin artıq Aralıq dənizinə qədər genişlənməsi Moskvanın dəniz təhlükəsizliyi baxımından yeni problemlərlə qarşılaşdığını ortaya qoyur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər