media-921852127_1118182704394812_9165681793125041489_n
1987-ci ildə Gürcüstanda hərbi xidmət keçərkən Rahib Məmmədov əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.
ERAmedia xəbər verir ki, Xobi bələdiyyəsinin Çaladidi kəndində baş vermiş güclü sel fəlakəti zamanı o, 28 yerli sakinin həyatını xilas etməyə nail olmuş, lakin özü təbii fəlakətin qurbanı olaraq həlak olmuşdur.
Rahib Məmmədov müddətli həqiqi hərbi xidmətini Helvaçauridə yerləşən hərbi hissədə keçirdi.
Onun qəhrəmanlığı bu gün də unudulmur. Xobi bələdiyyəsinin Çaladidi kəndində Rahib Məmmədovun xatirəsini əbədiləşdirmək məqsədilə abidə ucaldılmışdır.
Qeyd edək ki, o, öz həyatını qurban verərək 28 insanın həyatını xilas etmişdir. Rahib Məmmədovun qəhrəmanlığı və fədakarlığı iki xalq arasında dostluğun və insanlığın rəmzi olaraq yaddaşlarda yaşayır.

media-adspc

Bənzər xəbərlər