“Barselona”nın prezidenti Bakıda belə əyləndi - VİDEO
“Sabah”la oyun üçün Azərbaycana gələn “Barselona” klubunun prezidenti Joan Laporta qaldığı hoteldə əylənib və mahnı oxuyub.
ERAmedia xəbər verir ki, bu sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Videodan göründüyü kimi klub prezidenti ilə bərabər futbolçular da əylənir, sanki “sabahkı qələbələrini” qeyd edirlər. Nəzərinizə çatdıraq ki, dırnaq arasında olan fikir videonun şərh bölməsindən götürülüb.
Videoya bizim əlavəmiz isə ondan ibarət ola bilər ki, qoy sabah gəlsin, “Sabah” onların bu sevinclərinin içinə soğan doğrasın. Yox, biz qonaqpərvər xalqıq, qonağı necə qarşılayıb, necə yola salmağı gözəl bilirik. Ona görə də mən heç-heçə deyirəm…
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də saat 21:45-də başlayacaq.
Linkə keçid edin:










