Onlar imtahan vermədən müsahibəyə qatıla biləcəklər
Dövlət orqanlarında inzibati vəzifələr üzrə beş il qulluq stajı olan keçmiş dövlət qulluqçuları sertifikat almadan müsabiqənin müsahibə mərhələsində iştirak edə biləcəklər.
ERAmedia xəbər verir ki, bunu DİM-in Hüquqi təminat və dövlət qulluğu şöbəsinin müdiri Lalə Qədirova bildirib.
O qeyd edib ki, yeni Dövlət Qulluğu Məcəlləsi vakant vəzifələr üzrə iş stajına dair tələblərin müəyyənləşdirilməsində dövlət orqanlarına daha geniş seçim imkanı verir.
Dövlət orqanları vakant vəzifənin xüsusiyyətindən asılı olaraq fəaliyyət istiqaməti, müvafiq ixtisas və ya ümumi iş stajı üzrə tələb müəyyən edə biləcəklər.









