media-media-fhn-badamdar-vbu6mq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır.

ERAmedia-ya bu barədə ETSN-dən məlumat verilib.

Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.

Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.


media-adspc

Bənzər xəbərlər