media-1795513211566938944_1200x630

Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı və aidiyyəti qurumların dəstəyi ilə region gəncləri arasında yol hərəkəti təhlükəsizliyi, sağlam həyat tərzi və şəhər mədəniyyəti üzrə maarifləndirmənin artırılmasına yönəlmiş “Gənclik yolunda” adlı layihə çərçivəsində Şamaxı rayonunda veloyürüş təşkil edilib.

ERAmedia-ya bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək, velosiped sürərkən təhlükəsizlik qaydalarına əməletmə vərdişlərini möhkəmləndirmək, idmana və fiziki aktivliyə marağı artırmaq, eləcə də onların sosial iştirakçılığını gücləndirməkdən ibarət olub.

Tədbir çərçivəsində bir qrup yeniyetmə və gəncə narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr barədə məlumat verilib, həmçinin narkotikdən istifadənin risk amilləri, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli keçirilməsinə dair tövsiyələr səsləndirilib.

Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materialları tələbələrə paylanılıb.

 


media-adspc

Bənzər xəbərlər