Qutereş Hörmüzdən danışıb
Hörmüz boğazının bağlanması enerji qiymətlərinin artmasına səbəb olub.
ERAmedia TASS-a istinadən xəbər verir ki, bu haqda BMT-nin baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, boğaz məhdudiyyətsiz tam olaraq açılmalıdır.
Quterreş qeyd edib ki, yalnız boğazdan daşımaların bərpası gübrə və enerji qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.
“Bir neçə ölkə arasında münaqişənin qlobal iqtisadiyyatı sarsıdacaq dərəcədə təsir etməsinin mənası yoxdur”, – deyə BMT-nin baş katibi bildirib.










