media-niya4m80fhcun7kru6bigpzqct1g4xlyhrk9bmue_1200

Rumıniya İrandakı əməliyyatları dəstəkləmək üçün Mixail Koqelniçanu aviabazasına əlavə ABŞ təyyarələri və qoşunlarının yerləşdirilməsinə razılıq verib.

ERAmedia xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan ölkənin Ali Müdafiə Şurasının iclasından sonra açıqlama verib.

“Söhbət təyyarə-yanacaqdolduruculardan, monitorinq avadanlığından, “Deveselu” raketdən müdafiə sistemi ilə əlaqəli peyk rabitə avadanlığından gedir”, – deyə prezident bildirib.

Ölkə başçısı avadanlığın yerləşdirilməsi üçün parlamentin təsdiqinin tələb olunduğunu və məsələnin bu gün müzakirə ediləcəyini vurğulayıb.


media-adspc

Bənzər xəbərlər