media-155316ermenistan_-_bohran_-_politoloq_reshad_bayramov0564

“Güclü Ermənistan” partiyasının seçki siyahısına daxil edilən deputatlığa namizəd V.A. Lori bölgəsi sakinlərinin səsverməyə cəlb edilməsi, onların Yerevana daşınması, ərzaq təminatını və vəd edilmiş vəsaitin təmin edilməsini əlaqələndirmədə şübhəli bilinərək istintaqa cəlb olunması ilə bağlı Ermənistan İstintaq İdarəsi məlumat yayıb.

ERAmedia xəbər verir ki, şübhəlinin bu il aprelin 11-də Lori bölgəsinin bir sıra sakinlərini əvvəlcədən vəd edilmiş məbləğdən hər birinə 3000 dram verərək iştirak etməyə maddi cəhətdən həvəsləndirdiyi, bununla da onları təşkil olunmuş mitinqə iştirak etməyə sövq etdiyi qeyd olunur.

Bununla bağlı Cinayət Məcəlləsinin 46-236-cı maddəsinin 2-ci hissəsi (mitinqdə iştiraka təhrik etməyə) ilə cinayət işi çərçivədə o, ev dustaqlığına buraxılıb və evdən çıxmasına qadağa qoyulub.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər