media-tramp

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib.

ERAmedia xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatı Kamboca, İsrail və Pakistan liderlərinin ABŞ prezidentini mükafata namizəd göstərəcəkləri barədə əvvəlki açıqlamalarına əsaslanır. Lakin qeyd olunur ki, namizədlərin siyahısı gizli saxlanıldığı üçün bunun təsdiqlənməsi mümkün deyil.

Cəmi 208 şəxs və 79 təşkilat namizəd göstərilib.

2026-cı il Nobel Sülh Mükafatı laureatı 9 oktyabrda elan ediləcək və mükafatlandırma mərasimi 10 dekabrda keçiriləcək.


media-adspc

Bənzər xəbərlər