media-1769970687_tramp

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinin razılaşma məqsədilə Vaşinqtonla birbaşa əlaqə saxladığını bildirib.

ERAmedia xəbər verir ki, Şimali Karolinaya tədbirə gedən Tramp təyyarədən endikdən sonra jurnalistlərin İranla müharibə və diplomatik təmaslarla bağlı suallarını cavablandırıb.

Tramp İranın razılaşma istədiyini bildirərək prosesin necə nəticələnəcəyinin hələ məlum olmadığını qeyd edib.

“İran razılaşma əldə etməyi çox istəyir, görək bu proses necə nəticələnəcək”, – deyə Tramp bildirib.

İrandan gələn mesajların vasitəçilər üzərindən çatdırılıb-çatdırılmadığı barədə suala cavabında Tramp Tehrandan birbaşa xəbər aldığını deyib.

ABŞ-ın müharibənin hansı mərhələsində olduğu ilə bağlı sualı da cavablandıran Tramp, “Ümid edirəm ki, müharibənin sonuna doğru irəliləyirik”, – deyə bildirib.

Trampın açıqlamasında mümkün razılaşmanın şərtləri və tərəflər arasında aparılan təmasların detalları barədə məlumat verilməyib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər