media-mit-mit-operasyon-mit-gozalti-gozalti-1476961

Milli Təhlükəsizlik Təşkilatı Türkiyədə həssas məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən casus şəbəkəsinə qarşı əməliyyat keçirib.

ERAmedia “TRT Haber”ə istinadən xəbər verir ki, MİT Ankara Baş Prokurorluğu və Ankara Terrorla Mübarizə Şöbə Müdirliyinin “xüsusi qrupları”nın birgə apardığı istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda aralarında casusluq şəbəkəsinin rəhbəri B.E.-nin də olduğu 7 nəfər istintaqa cəlb edilib.

Şəbəkə üzvlərindən ikisinin artıq başqa cinayətlərə görə həbsdə olduğu öyrənilib. 7 nəfər casusluq ittihamı ilə həbs edilərək ədliyyə orqanlarına təhvil verilib.


media-adspc

Bənzər xəbərlər