media-1776505814544042679_1200x630

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

ERAmedia xəbər verir ki, onlar Türkiyədə V Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.

Nazirlər ikitərəfli münasibətləri, regional və qlobal hadisələri müzakirə ediblər.

Görüşdən sonra “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmə Fəaliyyət Planı” imzalanıb.

Sənəd Hakan Fidan və Sergey Lavrov tərəfindən imzalanıb.


media-adspc

Bənzər xəbərlər