Ukrayna mayın 6-nı atəşkəs elan edib
Bu günə qədər Rusiya sosial mediasında yayıldığı kimi, hərbi əməliyyatların dayandırılması ilə bağlı Ukraynaya rəsmi sorğu daxil olmayıb. Biz hesab edirik ki, insan həyatı istənilən ildönümünün “qeyd edilməsindən” müqayisəolunmaz dərəcədə daha dəyərlidir. Buna görə də, mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edirik.
ERAmedia xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bildirib.
Zelenski qeyd edib ki, atəşkəsin həmin müddət ərzində təmin olunması realdır. “Biz də həmin andan etibarən eyni şəkildə hərəkət edəcəyik. Əgər Rusiya Müdafiə Nazirliyi Ukraynanın xoşməramlı addımı olmadan Moskvada parad keçirə bilməyəcəyinə inanırsa, bu, Rusiya rəhbərliyinin müharibəyə son qoymaq üçün real addımlar atmasının vaxtının çatdığını göstərir”, – deyə Zelenski əlavə edib.










