media-leo-xiv-2_750xauto

Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. 

ERAmedia xəbər verir ki, bu barədə “Rai Radio-1” radiostansiyası məlumat yayıb.

Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir.

Mövcud məlumata görə, müdaxilə minimal invaziv olacaq və bir gün ərzində həyata keçirilə bilər. Əməliyyatdan sonra sağalma təxminən bir həftə çəkəcək. Bu səbəbdən Roma Papasının 20 oktyabr tarixinədək olan proqramı ləğv edilib. Bununla belə, onun Latın Amerikası ölkələrinə – Uruqvaya, Argentinaya və Peruya noyabr ayının əvvəlinə planlaşdırılan səfəri qüvvədə qalır.

Qeyd edək ki, daha əvvəl ona qoyulmuş diaqnoz haqqında danışan XIV Leo heç bir ciddi xəstəliyinin olmadığını bildirib. Onun sözlərinə görə, ağciyərdəki törəmə kiçikdir və erkən mərhələdə aşkar edilib.


media-adspc

Bənzər xəbərlər