media-putin

Azərbaycan beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir.

ERAmeida xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxışı zamanı bildirib.

Putin marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli olduğunu qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, heç bir problem də yoxdur. Bakı bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir”, – deyə Rusiya lideri bildirib.


media-adspc

Bənzər xəbərlər