Məşhur müğənni əsəbləşdi: "Dəli kimi davranmayın!"
Cennifer Lopez Parisdə onu israrla izləyən paparassilərə səbrli olmağa çağırıb.
ERAmedia xəbər verir ki, 57 yaşlı ulduz Paris Moda Həftəsi çərçivəsində Fransa paytaxtına gəlib və burada, xüsusilə, Stella McCartney moda nümayişində iştirak edib.
Lopez Parisdə gəzintisi zamanı bir qrup fotoqrafın əhatəsində qalıb. Görünür, paparassilərin həddindən artıq israrlı davranışı müəyyən məqamda müğənnini əsəbiləşdirib.
“Daily Mail”in əldə etdiyi videoda Lopezin paparassilərə tərəf dönərək daha sakit davranmalarını istədiyi görünür.
“Uşaqlar, dəli kimi davranmağı dayandıra bilərsiniz? Sakit olun. Heç kim heç yerə qaçmır. Biz heç nə etmirik”, – deyə o bildirib.
Fotoqraflardan biri həmkarlarının davranışını “istiliklə” əlaqələndirib. Lopez isə onların onu çəkməyə davam edə biləcəklərini söyləsə də, yenidən tempin aşağı salınmasını və “sakit olmalarını” istəyib.
Lopez Parisdə gəzintiyə çıxarkən fil sümüyü rəngində, döşəməyə qədər uzanan krujevalı gözoxşayan libas geyinib.
Paris Moda Həftəsi çərçivəsində ulduz Stella McCartney-nin nümayişində də ön sırada yer alıb. Bu dəfə o, dəbdəbəli xəz palto seçib və aralarında Miranda Kerrin də olduğu modellərin podiumdakı çıxışını izləyib.
Bundan bir neçə gün əvvəl Lopez Milanda olub və burada da Moda Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.
Vüsalə









