media-nikol-pashinyan-822x548

“Hüquqi sistemin legitimliyinin mənbəyi Konstitusiyadır və Konstitusiyanın legitimliyi xalqdır. Ermənistanda bu zəncir referendumların rəsmi nəticələrinin geniş şəkildə şübhə altına alınması və ədalət və etimadın olmaması ilə nəticələnməsi səbəbindən qırılıb”.

ERAmedia xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Facebook səhifəsində canlı yayımda bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu xalqın iradəsini ifadə etməklə yeni Konstitusiya qəbul etməkdir ki, bu da ölkədə mövcud hüquqi qaydaya tam legitimlik verəcək. Yeni Konstitusiya xalqın ədalət sistemi ilə əlaqəsinin təzahürü kimi münsiflər məhkəməsi institutunu tətbiq etməlidir. Məhkəmə sistemində islahatlar və demokratik institutların inkişafı davam edəcək. O, dövlət və xalq arasında mövcud gərginliyi nəzərə alaraq yeni Konstitusiyanın qəbul edilməsinin zəruri olduğunu bir daha vurğuladı və bunun səbəblərindən biri bəzi vətəndaşların mövcud hüquqi qaydaya mənsubluq hissinin olmamasıdır.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər