media-ivwk4cukv6bfxbiws2v5itw5wkteqfefaqvxdr1l_1200

Fransada başlayan tələbə etirazları bu dəfə Albaniyaya da sıçrayıb. Təhsil Nazirliyinin binasına “Molotov” kokteyli atan nümayişçilərlə polis arasında toqquşma baş verib, xəsarət alanlar olub.

ERAmedia xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada universitet tələbələrinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdikləri aksiya zamanı gərginlik yaşanıb. Təhsil Nazirliyinin qarşısında başlayan aksiyaya tələbələrlə yanaşı, digər vətəndaşlar da qatılıb.

Nümayişçilər nazirliyin binasına və ərazidə yerləşən bəzi obyektlərə “Molotov” kokteylləri ataraq kiçikmiqyaslı yanğınlara səbəb olublar. Onlar həmçinin nazirliyin binasına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıb, zibil konteynerlərini yandırıblar.

Bundan sonra polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Baş verən hadisələr zamanı bir neçə nümayişçinin yaralandığı bildirilir.

Tələbələr bildiriblər ki, təhsil müddətində üzləşdikləri problemlərin həlli üçün hökumətdən dəstək tələb edirlər. Onların əsas narazılıqları təhsil şəraitinin qənaətbəxş olmaması, investisiyaların azlığı, kirayə qiymətlərinin yüksəkliyi, tələbə yataqxanalarının çatışmazlığı və köhnəlmiş tədris proqramları ilə bağlıdır.

Tələbələr qarşıdakı günlərdə də etiraz aksiyalarını davam etdirəcəklərini açıqlayıblar.

Vüsalə


media-adspc

Bənzər xəbərlər