Kubanın enerji sistemi sıradan çıxıb
Kubanın milli elektrik şəbəkəsində növbəti dəfə tammiqyaslı qəza baş verib.
ERAmedia xəbər verir ki, bu barədə Kubanın Energetika və Mədən Nazirliyi məlumat yayıb.
Nazirlik “X” sosial şəbəkəsində elektrik enerjisinin tamamilə kəsildiyini və bərpa protokollarının tətbiq olunduğunu bildirib.
Qeyd edək ki, Kubanın elektrik şəbəkəsi sonuncu dəfə iyul ayında tamamilə sıradan çıxıb. Həmin vaxt 10 gündən az müddətdə üç belə hal qeydə alınıb və ölkənin böyük hissəsi uzun müddət elektriksiz qalıb.









