Pakistanda məsciddə partlayış olub
Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığındakı partlayış olub.
ERAmedia xəbər verir ki, bu barədə “The News Pakistan” məlumat yayıb. Hadisə nəticəsində 21 nəfər, o cümlədən 15 polis ölüb. Partlayışda 103 nəfər yaralanıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, məscidin xarici hissəsi ciddi şəkildə zədələnib, həmçinin divar uçub. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Kohat dairə xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.










