Parlament sədri məhkəməyə müraciət ETDİ
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan ictimai fəal Mikael Marqaryanın üzr istəməsi və təhqirə görə 1 dram ödəməsi tələbi ilə iddia qaldırıb.
ERAmedia xəbər verir ki, yerli medianın məlumatına görə, iş Yerevan Mülki Məhkəməsinin hakimi Ani Atanesyana həvalə edilib.
Alen Simonyanın “üzr istəmək” formasını da özü tərtib edərək məhkəməyə göndərib: “Mən, Mikael Marqaryan, Alen Simonyandan üzr istəyirəm, ona görə ki, 26 mart 2026-cı ildə parlament binası yaxınlığında onunla bağlı verdiyim açıqlamada təhqiredici ifadələr işlətmişəm”.
Ümumilikdə isə “ictimai fəal” Alen Simonyana 1, məhkəmə xərclərinə 506.000, vəkil haqqı üçün 480.000, dövlət rüsumuna görə isə 26.000 dram ödəməli olacaq.
Xatırladaq ki, 26 martda parlament yaxınlığında Alen Simonyanla bağlı hadisə baş verib. Bir vətəndaş parlament sədrini ağır ifadələrlə söyüb və sədr buna cavab olaraq söyüşlərlə cavab verib.
Jurnalistlərə söhbətində Alen Simonyan, Milli Məclisin yaxınlığında baş verən hadisənin təşkil olunduğunu və bunu kimin təşkil etdiyini bildiyini söyləmişdi.
Ural Dəyirmançı










