media-putin-zelensky-russia-ukraine-copy-2

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə Moskvadan kənarda yalnız münaqişəyə son nöqtə qoymaq üçün görüşməyə hazırdır”.

ERAmedia Rusiya mətbuatına istinadən xəbər verir ki, bu şərti brifinqdə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, bu görüşdən əvvəl hələ böyük ev tapşırığı görülməlidir.

“Prezident Kremldəki mətbuat konfransında çıxışı zamanı da bildirdi ki, danışıqlar üçün istənilən an Moskvada, həmçinin istənilən başqa nöqtədə Zelenski ilə görüşməyə hazırdır. Lakin istənilən başqa nöqtədə görüş yalnız prosesi tam şəkildə yekunlaşdıracağı təqdirdə məna kəsb edir”, – Peskov deyib.


media-adspc

Bənzər xəbərlər