media-1789708998_whatsapp-image-2026-09-18-at-09-00-08

Ukraynanın gün ərzində Moskvanın yanacaq və neftayırma zavodlarına raket və dron hücumları Kremlə yaxın siyasi ekspertlər tərəfindən iki əsas səbəblə izah edilir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu hücumların Rusiyada keçirilən Dövlət Duması seçkiləri ilə əlaqələndirilməsi inandırıcı deyil.

Onun sözlərinə görə, Kremlə bağlı ekspertlərdən bir qismi Kiyevin əsas məqsədinin Rusiyada parlament seçkilərini pozmaq, digər qismi isə Ukraynaya Qərbdən daha çox maliyyə ayrılmasına nail olmaq olduğunu iddia edir.

“Avropa İttifaqı onsuz da Ukraynaya maliyyə yardımını kəsmir. Çünki Brüssel Ukraynanın Rusiyaya məğlub olmasını istəmir”, – deyə Şahinoğlu qeyd edib.

Siyasi şərhçi Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin nəticələrinə Ukraynanın hücumlarının ciddi təsir göstərəcəyini də istisna edib. O, bu fikrini SSRİ diktatoru İosif Stalinin seçkilərlə bağlı məşhur kəlamı ilə əlaqələndirib:

“Stalinin məşhur kəlamı Kreml üçün bu gün də keçərlidir: ‘Vətəndaşların necə səs vermələrinin əhəmiyyəti yoxdur, əsas bu səslərin necə sayılmasıdır’”.

Şahinoğlu hesab edir ki, Ukraynanın gün ərzində Moskvanı raket və dron atəşinə tutmasının Rusiyada parlament seçkilərinin nəticələrinə ciddi təsiri olmayacaq.

“Yəni Ukraynanın hücumlarının Dövlət Duması seçkilərinin nəticələrinə zərrə qədər təsiri yoxdur. Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, seçkilərlə bağlı vəziyyət eyni zamanda Rusiya cəmiyyətində Ukraynaya qarşı müharibəyə münasibətin də müzakirə olunmasını zəruri edir.

“Bu isə o deməkdir ki, Rusiya cəmiyyətinin önəmli hissəsi hələ də Putinin Ukraynaya qarşı savaşını dəstəkləyir. Bu həmin kəsimdir ki, sorğularda milyonlarla insanın qətlinə səbəb olan Stalini ‘böyük lider’ adlandırır”, – Şahinoğlu əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər