media-40x30_39

Ədəbiyyat üzrə Nobel mükafatı laureatları Samuel Bekket və Jan Pol Sartın əsərlərində insan varlığı, zaman və mənəvi tənhalıq problemləri bu gün də aktuallığını qoruyur.

Bu fikirləri Milli Məclisin sabiq deputatı Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bekketin “Kreppin sonuncu lenti” pyesində ömrünün son günlərini yaşayan qoca Krepp hər gün həyatının əvvəlki mərhələlərini əks etdirən monoloqlarını maqnitafon lentindən öz səsi ilə dinləyir. Qəhrəman sonuncu monoloqunu da lentə yazmaq niyyətində olsa da, əsər tam sükutla başa çatır.

Etibar Əliyev qeyd edib ki, Jan Pol Sartın “Altonanın rahibləri” pyesində isə səhnədə yalnız maqnitafon təsvir olunur. Əsərin qəhrəmanı – ağlını itirmiş qoca gələcəklə danışır və özünə sual verir: “Məni 31-ci əsrin insanları necə mühakimə edəcəklər?” Pyesin sonunda maqnitafondan səslənən son cümlə belədir: “31-ci əsrin insanları, mənim haqqımda bunu bilirsinizmi? Mən həqiqətən mövcud olmuşam, bəli, mən mövcud olmuşam”.

Sabiq deputatın fikrincə, hər iki əsərdə insanın öz varlığı ilə hesablaşması, zaman qarşısında təkliyi və gələcək nəsillərin hökmü qarşısında duyduğu narahatlıq əks olunur.

“Bu baxımdan ekzistensializm təkcə XX əsrin deyil, həm də XXI əsrin fəlsəfəsidir. Müasir insanın yaşadığı mənəvi böhranlar, kimlik axtarışları və varoluş sualları bu fəlsəfi istiqamətin aktuallığını daha da artırır”, – deyə Etibar Əliyev vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər