Tramp 200 “Boeing” təyyarəsinə razılaşdı
Çin Amerikanın “Boeing” şirkətindən 200 təyyarə sifariş etməyə razılıq verib.
ERAmedia xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Hazırda Çində dövlət səfərində olan Donald Tramp cümə axşamı Çin Prezidenti Si Cinpinlə danışıqlar apardığını deyib.
Tramp qeyd edib ki, “Boeing” ilkin olaraq 150 təyyarə sifarişi gözləyirdi: “Bu gün isə Çin tərəfi 200 təyyarə sifariş etməyə razılıq verdi”.
“Boeing”in Çinlə son böyük müqaviləsi 2017-ci ilin noyabrında Donald Trampın Çinə ilk səfəri zamanı elan olunmuşdu. Həmin müqaviləyə ümumi dəyəri 37 milyard dollar olan 300 təyyarə üzrə sifariş və öhdəliklər daxil idi.
Şirkətin səhmləri isə ilin əvvəlindən indiyədək 6,1 faiz artıb.









