media-abraham-lincoln-gemisi

ABŞ-ın İrana qarşı hərbi missiyası çərçivəsində Körfəzdə uzun müddət xidmət edən hərbçilərin psixoloji vəziyyətinin pisləşdiyi iddia olunur.

ERAmedia xəbər verir ki, ABŞ-ın İrana qarşı göndərdiyi USS Abraham Lincoln təyyarədaşıyan gəmisində xidmət edən 8 dənizçinin uzunmüddətli xidmət müddəti səbəbindən intihara cəhd etdiyi bildirilib.

ABŞ-ın İrana qarşı bölgəyə göndərdiyi təyyarədaşıyan gəmidə xidmət edən 8 dənizçinin intihara cəhd etdiyi irəli sürülüb. Təxminən 250 gün fasiləsiz xidmət edən “USS Abraham Lincoln” gəmisindəki heyətin psixoloji vəziyyətinin yaxşı olmadığı ilə bağlı müzakirələrdən sonra ABŞ Müdafiə Nazirliyi bölgəyə “USS George Washington” təyyarədaşıyan gəmisini göndərmək qərarına gəlib.

The Hill qəzeti ABŞ Hərbi Dəniz Qüvvələri katibinin müavini Hung Cao-nun Demokrat senator Kirsten Gillibrand-a göndərdiyi 4 səhifəlik məktubu əldə edib.

Məktuba əsasən, Hung Cao İran istiqamətində təxminən 9 ay xidmət edən “USS Abraham Lincoln” gəmisindəki dənizçilərin uzunmüddətli xidmət müddəti səbəbindən psixoloji problemlər yaşadığını bildirib. O, həmçinin 8 dənizçinin intihara cəhd etdiyini qeyd edib.

Təxminən 250 gün fasiləsiz xidmət edən USS Abraham Lincoln gəmisində heyətin psixoloji vəziyyətinin yaxşı olmadığı barədə müzakirələrdən sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bölgəyə “USS George Washington” təyyarədaşıyan gəmisini göndərmək qərarına gəlib.

“USS George Washington” təyyarədaşıyan gəmisinin avqustun 20-də Yaxın Şərqə çatmasından sonra “USS Abraham Lincoln” bölgəni tərk edib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər