media-11961550-e704-11f1-8d78-e5a497181e56-jpg

“Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib”.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

“COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk”, – Y. Rəfiyev yazıb.

COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.

“COP32-yə gələcək sədrliyi öz üzərinə götürəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – nazir müavini bildirib.


media-adspc

Bənzər xəbərlər