Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb-DGK
Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.
ERAmedia -ya bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.










