media-178764299499748367_1200x630

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi əsaslı təmir olunub.

ERAmedia xəbər verir ki, ASCO-dan bildirilib ki, tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir edilib, avar valı sazlanaraq yerinə quraşdırılıb, elektrik avadanlıqları yenilənib. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boru quraşdırma işləri görülüb.

Həmçinin gəminin sualtı və suüstü hissələri, göyərtəsi və maşın şöbəsi təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları da müasir tələblərə uyğun təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və yenidən istismara qaytarılıb.

Uzunluğu 150 metr, eni 17 metr olan “Babək” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.


media-adspc

Bənzər xəbərlər