media-fa9877cb-47f7-49f1-8204-8b91b307a048-jpg
Biznesin geriləməsi həmişə bazarın problemi deyil. Bəzən problem biznesin bazarla birlikdə dəyişməməsidir.
Azərbaycanda iqtisadi artımın tempi zəifləyir: Dünya Bankının məlumatına görə, 2025-ci ildə real ÜDM artımı cəmi 1,4% olub və 2026-cı il üçün artım 2% səviyyəsində proqnozlaşdırılır.
Amma maraqlı məqam budur: 2026-cı ilin ilk 6 ayında pərakəndə ticarət real ifadədə yenə 3,7%, qeyri-ərzaq ticarəti isə 6,5% artıb.
Deməli, məsələ yalnız “bazarda pul azalıb” deyil.
Problem daha çox pulun, müştərinin və satış davranışının dəyişməsi, bəzi bizneslərin isə hələ də köhnə qaydalarla işləməsidir.
Sədərək, Binə, Dərnəgül kimi böyük ticarət məkanlarında müşahidə olunan zəifləmə bu baxımdan ciddi siqnaldır. Müştəri artıq yalnız mağazaya gəlmir — məhsulu əvvəlcə rəqəmsal mühitdə görür, müqayisə edir, qiymət araşdırır, rəy oxuyur və sonra alış qərarı verir.
Dünya retail təcrübəsi də bunu göstərir: post-pandemiya dövründə qalib model fiziki + rəqəmsal kanalların birlikdə idarə olunduğu omnichannel modeldir.
Ona görə sahibkar üçün əsas sual artıq:
“Satış niyə düşdü?” deyil.
Əsas sual budur:
“Müştəri necə dəyişdi və mən onunla birlikdə nəyi dəyişdim?”
Yeni bazarda köhnə idarəetmə modeli uzun müddət yaşaya bilmir.
Digital satış, data əsaslı qərarlar, çevik qiymətləndirmə, yeni müştəri kanalları, kreativ satış mexanizmləri və adaptiv idarəetmə artıq üstünlük deyil — rəqabətdə qalmağın şərtidir.
Bazar dəyişir.
Biznes dəyişmirsə, bazar onu dəyişməyə məcbur edir.
Məsələ böhrandan şikayət etmək deyil.
Məsələ yeni oyunun qaydalarını hamıdan əvvəl oxumaqdır.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
media-baxtiyar

media-adspc

Bənzər xəbərlər