media-kosova-h-bs-haaqajpg-1789556001

Haaqa Xüsusi Məhkəməsi Kosovonun sabiq prezidenti Haşim Taçini artıq həbsdə keçirdiyi müddət nəzərə alınmaqla 25 il müddətinə azadlıqdan məhrum edib. 

ERAmedia “RİA Novosti”yə istinadən xəbər verir ki, o, Kosovo münaqişəsi zamanı törədilmiş cinayətlərlə bağlı bu cəzaya layiq görülüb.

Məhkəmə həmçinin Taçini hərbi cinayətlərdə – azı 303 nəfərə işgəncə verilməsində və 96 nəfərin öldürülməsində, həmçinin qanunsuz və ya özbaşına həbs və saxlama, eləcə də qəddar rəftarda təqsirli bilib. İnsanlıq əleyhinə cinayətlər ittihamları üzrə isə Taçi bəraət alıb.

Bununla yanaşı, Kosovo parlamentinin keçmiş sədrləri Kadri Veseli və Yakup Krasniçi, eləcə də keçmiş deputat Recep Selimi hərbi cinayətlər törətməkdə təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, artıq həbsdə keçirdikləri müddət nəzərə alınmaqla Veseli 18 il, Selimi 13 il, Krasniçi isə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xüsusi Məhkəmənin prokurorları dörd şəxsin hər birinin 1998-1999-cu illərdə Kosovo və Metoxiyadakı müharibə zamanı hərbi və insanlıq əleyhinə cinayətlər törətmək ittihamı ilə 45 il müddətinə həbs cəzasına məhkum edilməsini tələb etmişdilər.


media-adspc

Bənzər xəbərlər