media-tramp

ABŞ prezidenti Donald Tramp Almaniyadakı Amerika hərbi varlığı ilə bağlı diqqətçəkən açıqlama verib.

ERAmedia xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək Almaniyada yerləşdirilən ABŞ hərbçilərinin sayının azaldılması variantının nəzərdən keçirildiyini bildirib.

Tramp qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərarın yaxın müddətdə verilməsi gözlənilir. Açıqlama Berlin ilə Vaşinqton arasında son günlər artan siyasi gərginlik fonunda səsləndirilib.

Almaniya Kansleri Fridrix Mertsin ABŞ-ın İran siyasəti ilə bağlı tənqidləri gündəmdə qalmaqda davam edərkən, Trampın bu bəyanatı diqqət çəkib. O, “Truth” sosial şəbəkəsində paylaşdığı mesajda Almaniyadakı ABŞ hərbi qüvvələrinin sayını azaltmağı düşündüklərini vurğulayıb və qərarın qısa müddətdə açıqlanacağını qeyd edib.

Mertsin tənqidləri Trampın reaksiyasına səbəb olub. Kansler bazar ertəsi səhər Şimali Reyn-Vestfaliya əyalətində bir liseyə səfəri zamanı çıxış edərək bildirib ki, “ABŞ İran hakimiyyəti tərəfindən alçaldılır və zəif göstərilir”.

O, həmin gün axşam isə ABŞ və İsrailin İrana qarşı addımlarından məyus olduğunu deyib və problemin qısa müddətdə həll olunacağına dair gözləntilərin doğrulmadığını vurğulayıb. Merts əlavə edib ki, Avropa ölkələri diplomatik həll yolunun tapılmasına töhfə vermək niyyətindədir.

Tramp isə sosial media hesabından cavab verərək bildirib ki, Merts İranın nüvə silahına sahib olmasının problem olmadığını düşündüyünü iddia edir və onun bu məsələdə nə danışdığını bilmədiyini qeyd edib. Tramp əlavə edib ki, Almaniyanın iqtisadi və digər sahələrdə çətin vəziyyətdə olması təəccüblü deyil.

Vural


media-adspc

Bənzər xəbərlər