Xəzər dənizi qurumağa davam edir
Xəzər dənizi qurumağa davam edir və son illərdə proses sürətlənib.
ERAmedia xəbər verir ki, dənizin çəkilməsi nəticəsində ortaya çıxan adaların sayı artıb. Quruma Azərbaycan sahillərində də sürətlənib. Bəzi yerlərdə təyin edilmiş sahil xətti ilə faktiki su hüdudları arasındakı məsafə 700-800 metrə çatıb. Ümumilikdə Xəzərin Azərbaycan sektorunda 30 min hektar ərazi suyun altından çıxıb. Bakı bulvarı boyu sahil xətti 15-20 metr geri çəkilib. Zığ sahillərindəki “Qum adası” artıq quruya birləşib.
Mütəxəssislər bunu ekoloji tarazılığın ciddi şəkildə pozulması ilə əlaqələndirirlər.
Qeyd edək ki, Rusiya və Qazaxıstan sahillərində vəziyyət daha pisdir.









