media-8tufzox50duy6wsewmod99xqtq1prv1bk4ynpcod_1200

Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin olunub.

ERAmedia xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentının şöbə rəisi Anar Paşacanov Dünya Bankının icraçı direktorunun müşaviri təyin olunub.

Məlumata görə, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (BVF) üzrə ölkəni təmsil edəcək.

Xatırladaq ki, A.Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən Mərkəzi Bankın Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.

A.Paşacanovun beynəlxalq maliyyə institutları ilə də geniş iş təcrübəsi var. O, fəaliyyət dövründə BVF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq çərçivəsində çalışıb.

Qeyd edək ki, A.Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olmaqla yanaşı, ABŞ-da “Michigan State” Universitetində “Hubert H.Humphrey Fellowship” proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb. (Oxu.az)


media-adspc

Bənzər xəbərlər