media-1763703517_1706076269_1690004047_1687844780_1687324977_1677737502_neft_azerbaycan-1

Dünya bazarında Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb.

ERAmedia  xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46% artaraq 101,96 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl Azərbaycan nefti 97,61 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.


media-adspc

Bənzər xəbərlər