media-767190499_10235031984522090_2688256272663296509_n
Bir-birinin ardınca iki görkəmli şairin: Nəriman Həsənzadə və Çingiz Əlioğlunun bu dünyanı tərk etməsi şeirsevərlərin ürəyini üzdü, qəlbini qırdı, Azərbaycan poeziyasının belini sındırdı…
Bu ağrı-acı tezliklə və asanlıqla unudulan deyldir… Hər iki böyük sənətkarımızın ruhu şad olsun. Nəriman müəllimin “Arabaçı”, Çingiz Əlioğlunun “Kənd uşaqları” şeirini gənclik illərimdə çox sevirdim. Çingiz müəllimin “Köhnə daxmaların tirləri kimi bir azca köntöydü xasiyyətimiz” – beytində bənzətmənin bənzərsizliyi, orjinallığı, təkrarsızlığı heyrət doğururdu. Poetik təsvirdə uşaqlıq mühitimin yaşantılarını gördüyüm üçün “Kənd uşaqları” mənə çox əziz və doğma idi…
2008-ci ilin noyabrın əvvəllərində Çingiz müəllim Mədəniyyət Nazirliyindən zəng edərək məni Türkiyənin Elazığ şəhərində keçiriləcək tədbirə dəvət etdi. Bəxtiyar Vahabzadənin poeziyasından məruzə hazırlamağı bərk-bərk tapşırdı. Elazığda tədbbir yüksək səviyyədə keçirildi. Türkiyənin Kültür bakanı Ertoğrul Günay bəy şəxsən iştirak edirdi. Öncə Elazığın Cümhuriyyət məhəlləsində Bəxtiyar Vahabzadə caddəsinin açılışında iştirak etdik. Fırat Universitetində tədbirimiz uğurla keçdi. Ertəsi gün Keban ilçesində Su anbarının seyrinə çıxdıq. Çingiz müəllimlə şəkil çəkdirməyə hazırlaşarkən bir Universitet tələbəsi bizimlə şəkil çəkdirmək arzusunu bildirdi.
Beləcə, 6 noyabr 2008-də aşağıdakı şəkil yarandı.
media-767190499_10235031984522090_2688256272663296509_n

media-adspc

Bənzər xəbərlər