M2 nömrəli ekspres avtobuslarında yenilik tətbiq edilib
Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.
ERAmedia Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.
Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilib.











