media-1712426227-bmt-1

BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında ABŞ prezidenti Donald Trampın Kuba ilə bağlı sözləri diqqət çəkən anlara səhnə olub.

ERAmedia xəbər verir ki, Tramp Vaşinqton administrasiyasının Kubada “köklü dəyişiklik” istədiyini bildirərkən, çıxışı davam etdiyi vaxt Kuba nümayəndə heyəti salonu tərk edib.

Ölkə iqtisadiyyatına toxunan Tramp ABŞ-ın geri qayıtdığını bildirərək deyib.

“Ölkəmiz bu gün keçmişdən daha güclüdür. İqtisadiyyatımız, enerjimiz, ordumuz ən güclü vəziyyətdədir və gələcəyimiz çox parlaqdır. Ölkəmizdə cinayət səviyyəsini 80 faiz azaltdıq. 100 faizə doğru gedirik. Əvvəlki administrasiyadan Amerikanın qaranlıq dövrünü miras aldıq və hazırda qızıl dövrünü yaşayırıq. Uzun müddətdir davam edən qlobal problemləri də həll etməyə başlamışıq. Dünyamızı daha təhlükəsiz hala gətirməyə çalışırıq. Təhdidlərin böyüməsinə imkan vermək kimi bir niyyətim yoxdur. Problemlər olduqca onların həlli daha da çətinləşir. ABŞ-ın güclənməsi üçün bir çox ölkə ilə əməkdaşlıq etdik. Sülh gətirəcəyimi dedim və gətirdim”, – deyə o bildirib.

Tramp İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirərək, Tehranla danışıqlar aparmaq cəhdlərinin nəticəsiz qaldığını iddia edib.

“İran terrorun sponsoru idi. 51 illik fanatik İran rejimi xaos yaratdı. Yaxın Şərqin zorakı hakimləri idilər, artıq zorakı hakim deyillər. İranın nüvə silahına çıxış əldə etməsinə heç vaxt icazə verməyəcəyəm. Nüvə proqramlarını və terrora dəstəklərini dayandırmaq üçün danışıqlar masasına oturdum, lakin onlar bunu qəbul etmədi. Nüvə fəlakətinin qarşısını aldıq. İrana razılaşma üçün imkan verdik, lakin bu baş vermədikdən sonra hərbi əməliyyat keçirdik. Hava hücumundan müdafiə sistemlərini, dəniz müdafiə sistemlərini və pilotsuz uçuş aparatı imkanlarını məhv etdik. Əməliyyatlarımızdan sonra belə mülki gəmilərə qarşı hücumlarını davam etdirdilər. İranla razılaşma əldə edəcəyikmi, bu maraq doğuran məsələdir. Onlara daha yaxşı ölkə olmaq imkanı verəcəyik, yoxsa onları məhv edəcəyəm? İnanıram ki, razılaşma əldə edəcəyəm, lakin bu, hələ də verməli olduğum bir qərardır. Aralıq seçkilərdən dərhal sonra razılaşma əldə edəcəyimizə inanıram, çünki onların bunu etməməsi məntiqli deyil. Onlar seçkilərdəki performansımı görmək istəyirlər. Lakin mənim hələ iki il yarım vaxtım var”, – Tramp deyib.

İrana qarşı təzyiqin artırılması üçün digər ölkələrə çağırış edən Tramp bildirib:

“ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan 1 milyard dollarlıq neft çıxarıb. Səhərdən axşama qədər oradan neft çıxardıq. Dünyaya səslənirəm. Bizə qoşulun və İranın terror rejiminə qarşı dayanın. Bütün dövlətlər İranın təcrid olunmasında bizə qoşulmalıdır. Terrorçu rejimin bu davranışının arxasında zəif və çarəsiz olması dayanır”.

Tramp vəzifədə olduğu müddətdə 8 müharibəni sona çatdırdığını vurğulayaraq, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində də çox çalışdıqlarını və müharibənin dayanmasını istədiklərini bildirib.

Kubadakı hakimiyyətin çox uğursuz olduğunu iddia edən Tramp deyib: “Kommunist rejimin böyük təzyiq altında olduğu Kubadakı vəziyyətin də köklü şəkildə dəyişməsini hədəfləyirik. Kuba uğursuz olmuş dövlətdir. Kuba çökür və çökəcək. Kommunizm heç vaxt ABŞ-a gəlməyəcək, lakin Kubaya azadlıq gələcək”.

Bu sözlərdən sonra Kuba nümayəndə heyəti salonu tərk edib.

Tramp Danimarka və Qrenlandiya ilə əldə etdikləri razılaşma çərçivəsində Qrenlandiyada hərbi mövcudluqlarının olacağını bildirərək, bunun ABŞ-ın təhlükəsizliyi baxımından mühüm olduğunu qeyd edib. “Qrenlandiyada uyğun yerlərdə genişmiqyaslı hərbi mövcudluq yaratmaq prosesinə dərhal başlayacağıq. Orada iki çox böyük hərbi baza inşa edəcəyik”, – deyə o əlavə edib.

Tramp çıxışında Qəzza məsələsinə də toxunub.

“Qəzza Sülh Şurasının üzvü olan ölkələrin yardım fəaliyyətlərinə milyardlarla dollar töhfə verməsinə görə minnətdarıq. Bu pullar birbaşa Qəzzanın yenidən qurulması və yardım işlərinə yönəldilir. Mərakeş, Bəhreyn, Qətər, Küveyt, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və daha bir çox ölkə töhfə verib. Bu ölkələr son dərəcə səxavətli davranıblar”, – deyə o bildirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər