media-1637415266_ermenistan

Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi əməllərin unudulmamasının vacibliyini vurğulayıb.

ERAmedia-nın məlumatına görə, Sahib Alıyev bildirib ki, Ermənistanda hətta sözdə sülhdən danışanların belə siyasətində revanşizmə meyl hiss olunur və 30 il ərzində Azərbaycana qarşı törədilən vəhşiliklərə görə heç kimin özünü günahkar saymaması açıq şəkildə müşahidə edilir.

Deputat qeyd edib ki, Ermənistan cəmiyyətində özlərini yenidən haqsızlıqla üzləşmiş məzlum obrazında təqdim etmək cəhdləri də müşahidə olunur və belə vəziyyətdə Azərbaycanın başına gətirilənlərin tez-tez xatırladılması zəruridir.

Onun sözlərinə görə, bu xatırlatmalar yalnız daxili auditoriyanın işğal illərində baş verənləri unutmaması üçün deyil, həm də revanşizm barədə düşünənlərə Azərbaycanın mövqeyinin aydın çatdırılması məqsədi daşıyır.

Sahib Alıyev vurğulayıb ki, dövlət başçısının “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə işğal dövründə Azərbaycanın təbii sərvətlərinin talanmasına toxunması da bu baxımdan əhəmiyyətlidir.

Deputatın sözlərinə görə, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun məhv edilməsi, talan olunması və kəsilərək satılması Azərbaycanın təbii sərvətlərinə vurulan ciddi zərərin göstəricisidir.

Sahib Alıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçından çıxarılması üçün verilən müddət ərzində də ərazilərdə ağacların məhv edilməsi və digər əmlakın aparılması ilə bağlı hallar yaşanıb.

O bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi və sonrakı əməliyyatlar zamanı döyüş meydanında öz qələbəsini təmin etsə də, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiklərini eynilə təkrarlamayıb, şəhər və kəndləri məqsədli şəkildə dağıtmayıb və mülki əhalinin zərər görməməsi üçün maksimum səy göstərib.

Deputatın fikrincə, bu məqam Ermənistan cəmiyyətində revanşizm barədə düşünənlər tərəfindən nəzərə alınmalıdır.

Sahib Alıyev əlavə edib ki, Ermənistan yenidən Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı addımlar atarsa, növbəti müharibənin nəticələrinin əvvəlcədən ciddi şəkildə hesablanması vacibdir.

Vural


media-adspc

Bənzər xəbərlər