media-iirlf7l6ijmncvwm

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu 8-ci Avropa Siyasi Birliyinin (AİB) Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gəlib. Onu Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan qarşılayıb.

ERAmedia xatırladır ki, bu il mayın 4-də Yerevanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

“Gələcəyin Qurulması: Avropada Birlik və Təhlükəsizlik”mövzusunda iki gün davam edəcək tədbir iyun ayının 7-də baş tutacaq Ermənistan dövləti və höuməti üçün ciddi ictimai-siyasi hadisə kimi qiymətləndirilir.

Tədbirdə Avropa dövlətlərini ən yüksək səviyydə təmsil edən şəxslərin iştirakı gözlənilir.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər