media-078d6856-d2ef-3ad5-b905-cc871c83e290_1200

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda makaron məmulatları istehsalı illik müqayisədə 382,9 ton və ya 4,4 faiz artaraq 9175,6 ton təşkil edib.

ERAmedia-ya Dövlət Statistika Komitəsindən bildirilib ki, avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 ton və ya 43,2 faiz azalaraq 72,5 ton olub.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə makaron məmulatları istehsalı 8792,7 ton, hazır məhsul ehtiyatı isə 127,7 ton təşkil edib.


media-adspc

Bənzər xəbərlər